Cəlilabad rayon sakini qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, qətlə yetirilən Əflatun adlı şəxsin avtomobili Salyan rayonu ərazisində, meyiti isə Sabirabad rayonundakı kanalda aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
Aralarında mübahisə düşdü, ərini öldürdü - Bakıda dəhşətli QƏTL
Məlumata görə, qətlə yetirilən şəxs Cəlilabad rayonu Fərzili kənd sakinidir və sələmə pul verməklə məşğul imiş.
O, aprelin 18-də itkin düşüb, həmin gündən də axtarılırmış.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)
Bizim.Media