Vətəndaşlar ölkədə fəaliyyət göstərən “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, videogörüntülərdə “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki plastik butulkalara doldurulan yanacağın müxtəlif rənglərdə olduğu görünür.
Sürücülər anlaşılmazlığın səbəbini öyrənmək üçün yanacaqdoldurma məntəqəsinə gələrək etiraz ediblər.
Yanacağa su qataraq vətəndaşların aldadıldığı iddia edilib.
Bizim.Media