Azərbaycanda dövlət qurumlarını hədəf alan 2,8 milyon zərərli elektron poçt bloklanıb

Azərbaycanda dövlət qurumlarını hədəf alan 2,8 milyon zərərli elektron poçt bloklanıb

Hazırda oxunan: Azərbaycanda dövlət qurumlarını hədəf alan 2,8 milyon zərərli elektron poçt bloklanıb

186651

Bu ilin yanvar-mart aylarında Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 7 milyon 865 min 699 elektron poçt emal edilib, onlardan 7 milyon 185 min 983-ü istifadəçilərə çatdırılıb, 679 min 716-sı zərərli tərkibli olduğu üçün blok edilib.

Bizim.Media xəbər verir ki, XRİTDX-nin apardığı hesablamalara əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış zərərli elektron poçt sayı 17 % azalıb.

Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 24 milyon 756 min elektron poçt daxil olub, onlardan 24 milyon 716 mini istifadəçilərə çatdırılıb, 2 milyon 773 mini zərərli tərkibli olduğu üçün blok edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO