Şübhəsiz ki, hamımız yolda, küçədə, marketlərin, bankların yanında dilənçilik edən azyaşlı uşaqlarla qarşılaşırıq. Bəzən də uşaqların yüngül və ya ağır işlərdə çalışdığına şahidlik edirik. Bir çox hallarda valideynlər övladlarını dərsdən yayındıraraq onu işləməyə məcbur edir.
Maraqlıdır, övladını məcburi əməyə sövq edən valideynlər necə cəzalandırılır?
Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, valideynin ilkin vəzifəsi uşağın lazımi təhsilini alması ilə bağlıdır:
“İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi uşaqlarrın təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslərin yerinə yetirməməsi adlanır. Əmək Məcəlləsinə görə isə, yalnız 15 yaşına çatmış şəxslə əmək müqaviləsi bağlana bilər. Yəni 15 yaşına çatmayan uşağı işlətməklə, həm valideyn, həm də işəgötürən məsuliyyətə cəlb olunmalıdır”.
Ekspert bildirib ki, bu hal baş verdikdə, İnzibati Xətalar Məcəlləsinə əsasən, ya valideynə xəbərdarlıq nəzərdə tutulur, ya da o, 40-60 manat məbləğində cərimə olunur:
“Yəni qanunvericilik uşağın işləməyini istəmir. Lakin valideynə ağır cəza isə ona görə verilmir ki, uşaq bu zaman baxımsız, nəzarətsiz qala bilər. Lakin valideyn uşağa zor tətbiq edərək dərrsdən yayındırıb, onu işləməyə məcburr edirsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Cinayət Məcəlləsinin 144-cü maddəsi olduqca ağır məsuliyyət tələb edir. Qanunvericilik məcburi əməyi insan alverinə bərabər tutur. Məcburi əməyin cəzası isə 4-8 il həbsdir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 11.04.2024
Uşaq İSTİSMARI - Övladını məcburi əməyə sövq edən valideynləri hansı cəza GÖZLƏYİR?
Hazırda oxunan: Uşaq İSTİSMARI - Övladını məcburi əməyə sövq edən valideynləri hansı cəza GÖZLƏYİR?
Hazırda oxunan: Uşaq İSTİSMARI - Övladını məcburi əməyə sövq edən valideynləri hansı cəza GÖZLƏYİR?
186648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.