Araşdırmalar göstərir ki, Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var.
Bizim.Media xəbər verir ki, modern.az saytının bununla bağlı Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda maraqlı rəqəmlər var.
Statistikaya görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1 100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub. Maraqlıdır ki, 60-dan çox yaşı olan iki bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıb.
Yaşı 60-dan yuxarı olan bir kişi 25 yaşlı xanımla, altı kişi isə 30-34 yaşlı xanımlarla evlənib. 60 yaşı geridə qoyan 25 kişinin evləndiyi xanımlar isə 25-39 yaşlarında olub.
Qadınlarla bağlı da statistika maraqlıdır. Belə ki, yaşı 60-dan yuxarı olan bir qadın 30 yaşında kişiyə ərə gedib.
60-dan çox yaşı olan başqa bir qadın 35 yaşlı kişiyə ərə gedib, üç belə yaşlı qadın isə 40-44 yaşlı kişilərlə nikaha girib.
Yaşı 60-ı ötən 11 qadının nikaha girdiyi kişilər özlərindən xeyli cavan olub. Yaşı 60-ı keçən 266 qadın isə həmyaşıdları olan kişilərə ərə gedib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:34 / 10.04.2024
Azərbaycanda 60 yaşdan sonra evlənənlər: Yaşlı xanımların gənc bəyləri
Hazırda oxunan: Azərbaycanda 60 yaşdan sonra evlənənlər: Yaşlı xanımların gənc bəyləri
Hazırda oxunan: Azərbaycanda 60 yaşdan sonra evlənənlər: Yaşlı xanımların gənc bəyləri
186591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.