Axşam GÜCLÜ külək olacaq

Axşam GÜCLÜ külək olacaq

Hazırda oxunan: Axşam GÜCLÜ külək olacaq

186501

“Hazırda ölkə ərazisində duman müşahidə olunur”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, duman ilin keçid dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir.

“Yer səthinə yaxın hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib.

Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.

Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq”, - deyə G. Məmmədova qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO