Romada ara qarışdı: İtaliya baş naziri NATO sammitini erkən TƏRK ETDİ

Romada ara qarışdı: İtaliya baş naziri NATO sammitini erkən TƏRK ETDİ

Hazırda oxunan: Romada ara qarışdı: İtaliya baş naziri NATO sammitini erkən TƏRK ETDİ

186485

İtaliyanın Baş naziri Mario Dragi hökumət daxilindəki siyasi gərginliyə görə İspaniyanın Madrid şəhərində keçirilən NATO sammitini erkən tərk edib.

 

Sfera.az Haber Global-a istinadən xəbər verir ki, Baş nazirin ofisindəki mənbələr həmçinin NATO sammitinin son günündə İtaliya təmsilçisini müdafiə naziri Lorenzo Guerininin əvəz edəcəyini, Draginin isə nazirlər şurasını bu gün toplayacağını bildiriblər.

 

Hökumətdəki gərginliyə görə Draginin NATO sammitindən vaxtından əvvəl qayıtması İtaliya mətbuatında “hökumət riskdə” adı altında geniş işıqlandırılıb.

 

Mətbuatda yayılan xəbərlərə görə, Dragi ilə koalisiya hökumətini quran partiyalardan biri olan “5 Ulduz Hərəkatı”nın (M5S) lideri Cüzeppe Konte arasında yaşanan gərginlik və koalisiyanın digər tərəfdaşları arasında bəzi qanun layihələri ilə bağlı fikir ayrılığı 74 yaşlı liderin Madriddə keçirilən NATO sammitindən erkən qayıtmasına şərait yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO