Pandemiya ilə gələn yuxu problemləri: Koronasomni

Pandemiya ilə gələn yuxu problemləri: Koronasomni

Hazırda oxunan: Pandemiya ilə gələn yuxu problemləri: Koronasomni

18647

Yuxu orqanların düzgün işləməsi və ruh sağlamlığı üçün çox önəmlidir.

Bizim.Media xəbər verir ki, mütəxəssislər pandemiyaya bağlı yuxu problemlərini müəyyənləşdirmək üçün 'koronasomni' teriminini istifadə etməyə başlayıb.

Pandemiya dövründə 13 ölkədən 44 məqalə və hesabatın analiz edildiyi və 54.231 nəfərin qatıldığı çalışmada yuxu problemlərinin artdığı, əhalinin və tibb işçilərinin 40 faizinin bundan təsirləndiyi qeyd edilir.

Yuxu problemlərinin yaranmasında bir çox faktorlar vardır. Bunlar arasında sosial məsafə, məktəblərin bağlanması, karantinlər, evdən çalışmaq kimi gündəlik faktorlar, demək olar ki, hər kəsə təsir edən virusa yoluxma qorxusu, sevdiyimiz birini itirmə həyəcanı və iqtisadi itkilər ortaya çıxıb.

Pandemiyanın nə zaman bitəcəyi, gələcəyə dair qorxular insanlar yatağa girdikdə düşündükləri üçün bu kimi fikirlər yuxu pozuntularına gətirib çıxarır.

Yuxu probleminə qarşı nə etmək olar?

Gündəlik proqram hazırlayın. Hər gün eyni saatda oyana, işə gedirmiş kimi geyinə bilərsiniz. Səhər yeməyini yeyib, iş vaxtlarında çalışıb, gündəlik idman edərək, hər gecə eyni saatda yatmalısınız.

Səhər gün işığına məruz qalmaq, yatmazdan əvvəl həyəcanlı xəbərlərdən qaçmaq və yuxudan 60 dəqiqə əvvəl telefon, kompyuter və televiziya izləməyərək mavi işıqdan uzaq durmalısınız. Gündəlik kafein alımını, xüsusilə qəhvəni azaltmaq önəmlidir.

Mütəmadi qəhvə içənlər bunu azaltmaq üçün çayla əvəz edə bilərlər. Düzgün qidalanma, musiqi terapiyası, meditasiya və yoqa da faydalıdır.

Həkimin məsləhət bildiyi dərmanlardan istifadə edilməlidir

Nevroloqlar və ya psixiatrlar bəzi özəl hallarda yuxuya kömək edən dərmanlar yaza bilərlər. Amma bu dərmanlar həkim nəzarəti ilə, 2 həftədən çox istifadə edilməməlidir. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO