Sabirabadın mərkəzi küçəsi olan Həsən Ağayev küçəsində hündürlüyü 25-30 metrə çatan ağaclar təhlükəli hal alıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli sakinlər narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, vaxtilə bu ərazidə rus qəbiristanlığı yerləşib və həmin qaraağac ağacları o zaman əkilib.
“Bu ağaclardan bir neçəsi aşıb. Qalan ağaclardan biri çox təhlükəli vəziyyət yaradır. Güclü külək olsa, evin üstünü aparacaq. Problemlə bağlı tədbir görülməlidir”, - deyə şikayətçi Məmmədəli Cəfərli bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Bizim.Media