1990-cı illərdə doğulanları niyə “psixi sağlamlığı pis olan NƏSİL” adlandırırlar? - Maraqlı AÇIQLAMA 

1990-cı illərdə doğulanları niyə “psixi sağlamlığı pis olan NƏSİL” adlandırırlar? - Maraqlı AÇIQLAMA 

Hazırda oxunan: 1990-cı illərdə doğulanları niyə “psixi sağlamlığı pis olan NƏSİL” adlandırırlar? - Maraqlı AÇIQLAMA 

186387

Sidney Universitetinin tədqiqatçılarının 1950-ci ildən bəri ardıcıl nəsillər üzərində apardıqları araşdırma diqqəti cəlb edib. 27 min 500-dən çox şəxsin psixi sağlamlığındakı dəyişiklikləri izləyən elm adamları, 1990-1999-cu il nəslinin özlərindən əvvəlki dövr arasında ən pis psixi sağlamlıq vəziyyətinə sahib olduqlarını aşkar ediblər.

Doğrudanmı, 1990-1999-cu il nəsli ən pis psixi sağlamlığa malikdirlər?  Qeyd olunan araşdırmanın Azərbaycana aidiyyəti varmı? 

Məsələ ilə Bizim.Media-nın sorğusuna cavab olaraq psixoloq Elmir Əkbər bildirib ki, bu araşdırmanı Azərbaycana şamil etmək olar:

“Mən bilmirəm, doğurdan da Sidney Universiteti bu istiqamətdə akademik araşdırma edibmi? Bu, random meta-analizlərin nəticəsidirmi? Bunlar məndə sual doğurur. Bəli, possovet məkanından söhbət gedirsə, doğrudan da, 90-cı illərdə böyük kataklizm yaşandı, SSRİ dağıldı, Azərbaycan 20 Yanvar, Qarabağ problemi kimi dəhşətli faciələrin girdabına düşdü. Beləliklə, hamilə qadınlar dəhşətli streslər yaşadılar, dünyaya gəlmiş uşaqlara kifayət qədər qayğı göstərilmədi. 

Bəli, Azərbaycan üçün 1990-1999-cu il uşaqlarının ən pis psixi sağlamlığa malik olduqları fikrini demək olar. Amma Yeni Zelandiyada, İsveçrədə, Yaponiya və s. kimi ölkələrdə vəziyyət başqa olub axı... Yəni Sidney Universitetinin bu araşdırmasını bütün dünyaya necə aid etmək olar?! 
Hər ölkənin vəziyyəti fərqlidir. Lakin yenə qeyd edirəm, bu araşdırmanı Azərbaycana şamil etmək olar. Çünki 90-cı illər Azərbaycan üçün çox məşəqqətli dövr olub. Bu nəsil uşaqlığını sözün həqiqi mənasında yaşaya bilməyib” – deyə Elmir Əkbər bildirib.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO