Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ananın meyitləri tapılıb.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.
Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın öldüklərinin şahidi olublar.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:11 / 09.04.2024
Lənkəranda FACİƏ: Rusiyadan qızlarının nişanına gələn ata-ananın meyitləri tapıldı
Hazırda oxunan: Lənkəranda FACİƏ: Rusiyadan qızlarının nişanına gələn ata-ananın meyitləri tapıldı
Hazırda oxunan: Lənkəranda FACİƏ: Rusiyadan qızlarının nişanına gələn ata-ananın meyitləri tapıldı
186357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.