Sabahdan Ramazan tətili başlayır

Sabahdan Ramazan tətili başlayır

Hazırda oxunan: Sabahdan Ramazan tətili başlayır

186334

Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.

Bizim.Media Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi məlumata əsasən xəbər verir ki, Ramazan bayramı 10 aprel tarixində qeyd ediləcək.

Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO