Türkiyə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyini AÇIQLADI

Türkiyə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyini AÇIQLADI

Hazırda oxunan: Türkiyə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyini AÇIQLADI

186292

“İsrailin Qəzza xalqına humanitar yardım çatdırmaq cəhdlərimizə mane olması üçün heç bir bəhanə yoxdur. Bu vəziyyətə cavab olaraq biz İsrailə qarşı bir sıra yeni tədbirlər görməyə qərar verdik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Fidan mətbuat konfransında deyib. 

O vurğulayıb ki, bu tədbirlər İsrail atəşkəs elan edənə və humanitar yardımın Qəzza zolağına sərbəst axmasına icazə verənə qədər davam edəcək.
Qeyd edək ki, martın 27-də İsrailin Kan 11 telekanalı ölkənin Türkiyə tərəfindən Qəzza zolağına göndərilən havadan humanitar yardımın çatdırılmasına icazə vermədiyini açıqlayıb. Bunun iki ölkə arasında münasibətlərin pisləşməsi ilə bağlı olduğu qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO