Bir neçə il öncə azərbaycanlı oliqarx Fərhad Əhmədov həyat yoldaşı Tatyanadan qalmaqallı formada boşanıb. Möhtəşəm həyat tərzinə öyrəşmiş Tatyana Fərhadın var-dövlətinin mühüm hissəsinə iddia edirdi.
Fərhad Əhmədov isə Tatyananın tələb etdiyi pulu verməkdən boyun qaçırırdı.
Bizim.Media “starhit”ə istinadən xəbər verir ki, məhkəmə hazırda hesabında 1.3 milyard dollar olan Fərhad Məmmədovun əleyhinə qərar çıxarıb. Belə ki, Tatyananın boşanmaya görə tələb etdiyi pul ödənəcək.
Məhkənin qərarı ilə Fərhad Məmmədov eks həyat yoldaşına 630 milyon dollar ödəməlidir.
MÖVZU İLƏ BAĞLI:
Fərhad Əhmədovun ailə qalmaqalı - YENİ FOTOFAKT
Rusiyanın "Nortqaz" net-qaz şirkətinin sabiq sahibi, 61 yaşlı Fərhad Əhmədovla arvadı Tatayana Əhmədovanın boşanmaları Britaniya tarixinin ən bahalı boşanmalarından birinə çevrilib. 2017-ci ilə başlayan proses Londondakı Kral Məhkəməsində olub. Hakim Castik Heddon-Kevin qərarına görə, Fərhad Əhmədov artıq sabiq arvadına boşanma təzminatı qismində 453,58 milyon funt-sterlinq, yəni 584,5 milyon dollar ödəməlidir.
Üstəlik, F.Əhmədov Londondakı 40 milyon funt sterlinq dəyərində olan evini sabiq arvadına verməli, Tatyana Əhmədovanın Fransız Riveryasında malikanə alması üçün 28 milyon funt ayırmalıdır. Bundan başqa, Fərhad Əhmədov ömrünün sonunadək sabiq arvadına ildə 5 milyon funt-sterlinq aliment verməlidir.
Bütün proseslərin yekununda verilən qərar isə ondan ibarətdir ki, Fərhad Əhmədov büdcəsinin təxminən yarısını, yəni, 630 milyon dolları Tatyanaya ödəməlidir.
Xatırladaq ki, Fərhad Əhmədov Göyçayda doğulan əslən azərbaycanlı Rusiya biznesmenidir. Fərhad Əhmədov və Tatyana 1989-cu ildə Moskvada evləniblər. 1993-cü ildə onlar Britaniyaya yollanıblar və Londonda yaşamağa başlayıblar.
Bu izdivacda azərbaycanlı milyarderin iki övladı anadan olub. 2013-cü ildə isə F.Əhmədovla arvadı arasında bütün münasibətlər kəsilib və onlar boşanmasalar da, ayrılıqda yaşamağa başlayıblar.
Bizim.Media