Goranboyda ailə münaqişəsi zəminində oğul anasını qətlə yetirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində baş verib.
Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımovun bildirdiyinə görə, cinayəti törətməkdə şübhəli bilinən A.Kazımavonın oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov polisə könüllü təslim olub.
Onun qətli hansı səbəbdən törətdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:44 / 07.04.2024
Goranboyda QANLI OLAY - Oğul anasını öldürdü
Hazırda oxunan: Goranboyda QANLI OLAY - Oğul anasını öldürdü
Hazırda oxunan: Goranboyda QANLI OLAY - Oğul anasını öldürdü
186120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.