Bakı hava limanında tranzit sərnişinlərin sayı 82 faizdən çox artıb

Bakı hava limanında tranzit sərnişinlərin sayı 82 faizdən çox artıb

Hazırda oxunan: Bakı hava limanında tranzit sərnişinlərin sayı 82 faizdən çox artıb

186018

Cari ilin yanvar-mart aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 1,464 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz çoxdur. Bu rəqəm həmin müddət ərzində 1,058 milyon təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bizim.Media-ya bildirilib ki, hesabat dövründə 39 aviaşirkət, onlardan 15-i aşağıbüdcəli (loukoster) olmaqla, 12,378 min reys yerinə yetirilib.

Beynəlxalq marşrutlarda 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 43,5 faiz çox – 1,319 milyon sərnişin daşınıb. 656 min sərnişinə xarici aviaşirkətlər, 662 min sərnişinə isə milli aviadaşıyıcı xidmət göstərib. İlin əvvəlindən Naxçıvan istiqamətində 144 mindən çox sərnişin daşınıb.
Sərnişinlər arasında ən populyar beynəlxalq istiqamətlər isə İstanbul, Əbu-Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub.

Mühüm nailiyyətlərdən biri də cari ilin ilk 3 ayında Bakı hava limanında tranzit sərnişinlərin sayının artmasıdır. Ötən illə müqayisədə tranzit sərnişinlərin sayı 82,7 faiz artaraq 72 min nəfərdən çox olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO