Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında baş verən qəza səbəbindən Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yük maşınının AŞMA ANI – VİDEO
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200 kvadratmetr sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
Bizim.Media