Cəlilabadda qohumların mübahisəsi güllələnmə ilə bitdi – TƏFƏRRÜATLAR – FOTO/VİDEO      

Cəlilabadda qohumların mübahisəsi güllələnmə ilə bitdi – TƏFƏRRÜATLAR – FOTO/VİDEO      

Hazırda oxunan: Cəlilabadda qohumların mübahisəsi güllələnmə ilə bitdi – TƏFƏRRÜATLAR – FOTO/VİDEO      

185943

Xəbər verdiyimiz kimi, aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Cəlilabadın Mikayıllı  kəndində  yaxın qohumlar arasında baş verən insident güllələnmə hadisəsi ilə başa çatıb.  

Belə ki, bu kəndin sakinləri  Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyani sahəyə keçməsinə görə mübahisə ediblər. 

Cavid Abdullayev bu barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21.00 radələrində  qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından ov tüfəngi ilə yaralanması ilə başa çatıb. Nəticədə Cavid Abdiyev hər iki ayaq nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən  qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.
 




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO