Ötən gün həlak olan əsgərimiz Qubaya gətirildi – FOTO/VİDEO  

Ötən gün həlak olan əsgərimiz Qubaya gətirildi – FOTO/VİDEO  

Hazırda oxunan: Ötən gün həlak olan əsgərimiz Qubaya gətirildi – FOTO/VİDEO  

185938

Ötən gün təlim zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Saleh Kamal oğlu Xələfovun cənazəsi doğulduğu Quba rayonuna gətirilib. 

Bizim.Media xəbər verir ki, onun cənazəsini Quba şəhərinin girəcəyində - Gənclər parkının qarşısında rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları, sakinlər və yaxınları qarşılayıb. 

Cənazə əsgərin ailəsinin yaşadığı "Dəvədabanı" yaşayış massivindəki evinə aparılıb. Ailəsi ilə vida mərasimindən sonra Saleh Xələfov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.
 


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO