Bakıda yeni çəkilən yol tıxacları AZALDACAQ? – RƏSMİ AÇIQLAMA

Bakıda yeni çəkilən yol tıxacları AZALDACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda yeni çəkilən yol tıxacları AZALDACAQ? – RƏSMİ AÇIQLAMA

185820

Bakı şəhərində nəqliyyatın yükünü azaltmaq üçün uğurlu bir layihəyə start verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb.

Bu tam yeni yoldur və maraqlı coğrafiyası var. 

Yeni yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq. Yolun ümumi uzunluğu 13 kilometrə yaxındır. Bu yoldan istifadə etməklə Ziya Bünyadov prospektindən Pirşağıya və yaxud həmin ərazidəki dəniz kənarına 10-15 dəqiqəyə çıxmaq mümkün olacaq. 

Nəzərə alaq ki, pik saatlarında Bakının bütün giriş və çıxış yollarında böyük tıxaclar olur. Bu da istər-istəməz həm narazılığa, həm də vaxt itkisinə səbəb olur. 

Bəs, yeni yol tıxacların azalmasına şərait yaradacaqmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yeni yol Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq:

“Yeni avtomobil yolu altı hərəkət zolağından (3 gediş, 3 gəliş üçün olmaqla) ibarət olacaq. Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Bu yolun inşası Heydər Əliyev, Azadlıq prospektlərindəki, eyni zamanda Bakı-Sumqayıt istiqamətindəki nəqliyyat yükünü xeyli azaldacaq”.

Ümid edək ki, yeni inşa edilən yol tıxacların azalmasına əsaslı şəkildə təsir edəcək. Xüsusən də, çimərlik mövsümündə paytaxt sakinlərinin və turistlərin dənizə çıxışını xeyli asanlaşdıracaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO