Bakıda evlərdən antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb - FOTO

Bakıda evlərdən antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb - FOTO

Hazırda oxunan: Bakıda evlərdən antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb - FOTO

185689

Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Bizim.Media-ya verilən məlumata görə, naməlum şəxslər 3 vətəndaşın evindən 30 min manat dəyərində qızıl-zinət, 2 mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.

Rayon polis idarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar.

Həmin şəxslər dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 arasında onların mənzildə olmadıqlarını müəyyənləşdirdikdən sonra oğurluq etdiklərini bildiriblər.

T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində oxşar cinayətlərdə əlinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO