Fərdi yaşayış evi sökülmədən qəza aradan qaldırıldı - FOTO/VİDEO

Fərdi yaşayış evi sökülmədən qəza aradan qaldırıldı - FOTO/VİDEO

Hazırda oxunan: Fərdi yaşayış evi sökülmədən qəza aradan qaldırıldı - FOTO/VİDEO

185683

Bakı şəhəri Xətai rayonu Köhnə Günəşli yaşayış massivində  kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında tikilmiş fərdi yaşayış evləri baş vermiş qəzanın aradan qaldırılmasında ciddi çətinliklər yaradıb.  

Bizim.Media xəbər verir ki, ötən əsrin 80-ci illərində inşa edilmiş Günəşli kanalizasiya kollektoru Əhmədli qəsəbəsi və Köhnə Günəşli yaşayış massivində formalaşan tullantı sularının Hövsan Aerasiya Stansiyasına yönləndirilməsini təmin edir. 

2000-ci illərin əvvəllərində kollektorun mühafizə zonası vətəndaşlar tərəfindən zəbt olunaraq fərdi yaşayış evləri tikilib. Həmin evlərin kanalizasiya çıxışları baxış quyularına deyil, birbaşa kollektora birləşdirilməklə tikinti normaları kobudcasına pozulub və nəticədə kollektorun istismarında risklər yaranır. Bununla yanaşı, mühafizə zonasının zəbt olunması uzun illərdir istismar olunan kollektorda təmir işlərinin aparılmasına imkan vermir. Bəzi hallarda qəza aradan qaldırılarkən məcburən ərazidəki tikililər sökülməli olur. 

Kollektorda sonuncu böyük qəza bu ilin yanvar ayında baş verib və fərdi yaşayış evlərindən birinin altında kollektor çöküb. Təmir-bərpa işlərinin aparılması üçün evin sahibi tərəfindən heç bir şərait yaradılmayıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər və Xətai Rayon icra Hakimiyyətlərinə rəsmi müraciət olunub. Aidiyyəti dövlət qurumlarının  əməkdaşlarının iştirakı ilə qəza yerinə baxış keçirilib və vəziyyətlə bağlı akt tərtib olunub. Rəsmi dövlət qurumlarının müdaxiləsindən sonra mənzildə yaşayan sakinlər və əşyalar təxliyyə edilərək təmir-bərpa işlərinə başlanılıb. Təmir işləri aparılarkən yaşayış evinə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə 800 mm diametrli kollektorun içərisində yeni boru yerləşdirilib. Eyni zamanda ətraf yaşayış evlərinin tullantı sularının kollektora ötürülməsi məqsədilə kanalizasiya quyusu quraşdırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bildirir ki, magistral su xətlərinin, kanalizasiya kollektorlarının, anbarların və digər hidrotexniki qurğuların mühafizə zonasında və üzərində fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır. Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub olmamasını dəqiqləşdirmək üçün müvafiq qurumlardan rəy almalıdır. Eyni zamanda içməli su və kanalizasiya şəbəkələrinə qanunsuz qoşulma yolverilməzdir və xidmətlərdən yararlanmaq üçün mütləq texniki şərt alınmalıdır.

 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO