"Crocus City Hall"da törədilən terror aktı ilə bağlı üç yeni müttəhim saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, onlardan biri Rusiya vətəndaşı, digər iki nəfər isə əcnəbidir.
FTX-nin məlumatına görə, sözügedən şəxslər Moskva, Yekaterinburq və Omskda saxlanılıblar.
Qeyd edilib ki, saxlanılanlardan ikisi terrorçuların istifadə etdiyi silah və avtomobili satın almaq üçün pul köçürmələri həyata keçiriblər, üçüncüsü isə cinayəti həyata keçirənləri bir araya toplayıb və maliyyələşdirib.
Bizim.Media