Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.
İclasda 20 aprel 2020-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılmışdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT: Qadın 10 yaşlı oğlanı sünnət etdi - VİDEO
Bizim.Media-ya qurumdan verilən məluymata görə, Milli Televiziya və Radio Şurası "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə 21 aprel 2020-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.
Qeyd edək ki, qərara səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın ATV-nin efirindəki çıxışı olub.
O canlı yayımda əməlini etiraf edib və bundan peşiman olmadığnı deyib.
Bizim.Media