Elxan Məmmədov: “Rövnəq müəllim, 16 il əvvəl də eyni qalstuku taxmışdınız” – VİDEO 

Elxan Məmmədov: “Rövnəq müəllim, 16 il əvvəl də eyni qalstuku taxmışdınız” – VİDEO 

Hazırda oxunan: Elxan Məmmədov: “Rövnəq müəllim, 16 il əvvəl də eyni qalstuku taxmışdınız” – VİDEO 

185644

“Rövnəq müəllim, əslində sizin futbol fəaliyyətiniz 20 ilə bərabərdir.  Çünki siz 2004-cü ildə “Neftçi”nin prezidenti təyin olundunuz. Əvvəlcə Azərbaycan çempionu oldunuz, sonra isə Birlik Kubokunu qazanıb, Bakıya gətirdiniz. Sonra 2008-ci ilin mart ayında AFFA-nın prezidenti seçildiniz. Həmin seçkilər, səhv etmirəmsə, mart ayının 16-da keçirilmişdi. Səhv etmirəmsə, həmin gün də eyni qalstuku taxmışdınız”

Bizim.Media xəbər verir ki, bu sözləri FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın növbəti seçki konfransında çıxış edərkən səsləndirib.

Daha sonra Elxan Məmmədov Rövnəq Abdullayevdən konfransda taxdığı qalstukun 16 il əvvəlki qalstuk olub-olmadığını soruşub. Rövnəq Abdullayev isə bunu təsdiq edib.

“16 il ərzində Azərbaycan futbolu üçün miras yaratdınız. 2008-ci ildə Bakıda cəmi 2 stadion mövcud idi. Ancaq geridə qalan illərdə çox sayda arenalar inşa olundu. Son iki ildə xarici ölkələrə gedərkən müqayisələr aparıram. Bir çox ölkələrdə inşa olunan stadionlardan istifadə olunmur. Amma bizdə bu meydançaların hamısından istifadə edilir”, - deyə Elxan Məmmədov əlavə edib.

Həmin görüntüləri təqdim edirik:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO