Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI – FOTO  

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI – FOTO  

185590

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun H.B.Zərdabi küçəsində qeydə alınıb. 

Belə ki, sürücü 1973-cü il təvəllüdlü rayonun Böyük Dəkkə kənd sakini Mehdiyev Maarif Hüseyn oğlu “Toyota” markalı avtomobillə həmin küçədə ötmə əməliyyatını düzgün etmədiyinə görə Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müşahidə olunub.

Sürücü dərhal saxlanılaraq Zərdab rayon polis şöbəsinə gətirilib. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 333-1.1 maddəsinə əsasən protokol tətbiq olunub. Hazırda faktla bağlı araşdırma aparılır. 




Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO