Rusiyalı hərbçilər Türkiyə-Ermənistan sərhədindən çıxacaqmı? - VİDEO

Rusiyalı hərbçilər Türkiyə-Ermənistan sərhədindən çıxacaqmı? - VİDEO

Hazırda oxunan: Rusiyalı hərbçilər Türkiyə-Ermənistan sərhədindən çıxacaqmı? - VİDEO

185572

Bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlamasında Türkiyənin Ermənistana hücum edəcəyi təqdirdə Rusiya sərhədçilərinin ölkəni müdafiə edəcəyinə şübhə ilə yanaşdığını deyib. Əlavə edib ki, hazırda rusiyalı hərbçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi müzakirə mövzusu deyil. 

Bizim.Media xatırladır ki, rəsmi Moskvanın da Ermənistan ərazisindən çıxmaq fikri yoxdur. Üstəlik Rusiya Ermənistan-Azərbaycan arasındakı şərti sərhəddə də hərbçilərini yerləşdirmək istəyir.

Rusiyalı politoloq Sergey Markov mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasındakı strateji əlaqələr pozularsa, rusiyalı sərhədçilərin özlərinin də oranı tərk etməsi mümkündür:

“Nikol Paşinyanın Qərb sevgisi və Qərbin anti-Rusiya siyasəti nəticəsində bu ehtimal böyükdür. Ola bilər ki, rusiyalı sərhədçilər Qərbdən olan sərhədçilərlə əvəzlənsin və yaxud elə ermənilərin öz sərhədçiləri də yer ala bilərlər. O da ola bilər ki, Ermənistan öz fikirlərindən əl çəkəcək. Nə də olsa, sərhədlərin mühafizəsini kimsə həyata keçirməlidir. Bu, özlüyündə büdcədən vəsait tələb edən işdir. Ancaq Rusiyada çoxları deyir ki, Ermənistanla aktiv siyasət aparmaq lazımdır. Ümumiyyətlə, Cənubi Qafqazda bazası olmalıdır”.

Ətraflı videosüjetdə:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO