Nazirlik küləkli hava ilə bağlı əhaliyə çağırış etdi

Hazırda oxunan: Nazirlik küləkli hava ilə bağlı əhaliyə çağırış etdi

185564

“Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək”.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 m/s-yə çatacağı gözlənilir:

“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların nəzarətsiz buraxılması məsləhət deyil.

Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO