Azərbaycan Hərbi Dəniz Qüvvələrinin imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir - FOTO

Hazırda oxunan: Azərbaycan Hərbi Dəniz Qüvvələrinin imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir - FOTO

185548

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Birinci dərəcəli kapitan Teymur Mürşüdov konfrans iştirakçılarına Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.

T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində işlərin daha səmərəli təşkil olunmasıdır.

Qeyd edilib ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.
Sonda "Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti" üzrə aktual olan bir sıra mövzular haqqında brifinqlər təqdim edilib, fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO