Xarici vətəndaşlar Azərbaycanda niyə təhsil almaq istəmir? – İLGİNC FAKTLAR

Xarici vətəndaşlar Azərbaycanda niyə təhsil almaq istəmir? – İLGİNC FAKTLAR

Hazırda oxunan: Xarici vətəndaşlar Azərbaycanda niyə təhsil almaq istəmir? – İLGİNC FAKTLAR

18551

Statistikaya görə, Azərbaycandan kənarda təhsil alan 40.000 tələbəmiz var ki, bunlardan 15.000-i Türkiyədə, səkkiz min isə Ukraynada təhsil alır. 

Xaricdə təhsil almaq istəyənlərdən bəziləri bunun üçün dövlət proqramını seçir, bəziləri isə bunu öz hesabı ilə edir.

Bəs, maraqlıdır, görəsən xarici vətəndaşlar təhsil almaq üçün Azərbaycanı seçirlərmi?

Statistikaya nəzər saldıqda isə rəqəmlərin göstəricisi heç də ürəkaçan deyil. 5600 tələbə. Bu xaricə üz tutan tələbələrimizin sayı ilə müqayisədə çox aşağı göstəricidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Kəndə işləmək üçün gedən müəllimləri nə gözləyir? - Ekspert izah etdi


Bəs, görəsən buna səbəb nədir? Niyə xarici vətəndaşlar məcbur qalmadıqca Azərbaycanı təhsil almaq üçün seçmirlər.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, bu problemin bir neçə səbəbi var. Ekspert birinci səbəb kimi Azərbaycanda təhsil haqqının çox yüksək olduğunu göstərib:

“Xarici tələbələrin təhsil üçün Azərbaycanı seçməmələrinin əsas səbəbi ölkəmizdə təhsil haqqının yüksək olmasıdır. Buna görə heç kəs Azərbaycana gəlmək istəmir. Bundan başqa verilən təhsilin keyfiyyətinin aşağı olması da xarici vətəndaşlar üçün əsas amillərdər biridir. Digər səbəb isə prosedur qaydaları çox çətindir, buna görə sənəd qəbulu mütləq şəkildə sadələşdirilməlidir”.

Kamran Əsədov bildirib ki, hazırda bir çox dövlətlər turizmlə yanaşı ölkəyə tələbələrin cəlb edilməsi üçün geniş təbliğat aparır:

“Məsələn, Sinqapurun iki universitetində 80 min xarici tələbə oxuyur. Onların hərəsi 10 dollar xərcləsə, görün ölkə nə qədər vəsait əldə edir. Hazırda  qardaş ölkə Türkiyədə 160.000 xarici tələbə təhsil alır. Xarici ölkələrin bəzilərinin hədəfləri turizm kimi, tələbələrin orada təhsil almalarını genişləndirməkdir.

Bizdə isə rəqəmlər ürəkaçan deyil. Tələbələrin əksəriyyəti Qoşulmama təşkilatı ilə birgə bizim qarşılıqlı proqramlarla, ödənişsiz təhsil alanlardır. Bunun üçün Azərbaycan xarici ölkələrdə təbliğatını artırmalıdır. Xarici ölkələrdə müəyyən sərgilərimiz keçirilməlidir”.

Bu amillərlə yanaşı ölkədə xarici dildə tədris edən kadrların yetərincə olmadığını deyən K.Əsədov bildirib ki, bu problemlərin tezliklə həll olunmasına ümidlidir:

“Problemlərimizdən biri isə xarici dillərdə dərs deyəcək kadrların olmamasıdır. Hazırda ancaq ADA Universiteti bu sahə üzrə ixtisaslaşıb.  Orada təhsil xarici dildə tədris olunur. Bunlar ciddi məsələlərdir. Ümid edək ki, problemlər nə vaxtsa öz həllini tapacaq”.
 

Ekspert xarici tələbələrin əsasən Bakı Dövlət, Tibb, Neft və Sənaye və Gəncə Aqrar universitetlərində təhsil aldıqlarını da vurğulayıb. Onun sözlərinə görə, tələbələr arasında Türkiyə, Rusiya və İrandan gələn tələbələr üstünlük təşkil edir. 


Kamran Əsədov son zamanlar tələbələrin ölkədən köçmək üçün xaricdə təhsil almaq istəyi barədə olan fikirlərə də aydınlıq gətirib:

“17 yaşlı gənc xaricə orada yaşamaq niyyəti ilə getmir. Azərbaycandan xarici ölkələrə gedən tələbələr əsasən üç qismə bölünür. Birinci qism Azərbaycanda qəbul imtahanlardan kəsilən, əsasən Ukrayna, Rusiya, Gürcüstan və Türkiyəyə üz tutanlar, ikinci kateqoriya istədiyi fakültəyə qəbul ola bilməyənlər və sonuncular isə dövlətlər arası proqramlarla təhsil almaq üçün xarici ölkələri seçənlərdir.

Hazırda diplomlarının tanınması üçün müraciət edənlərin sayına nəzər salsaq, gedənlərin 94-96 % vətənlərinə geri döndüklərinin şahidi ola bilərik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO