Məktəbəhazırlıq qruplarında uşaqların yerdəyişməsi DAYANDIRILDI 

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarında uşaqların yerdəyişməsi DAYANDIRILDI 

185497

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib. 

Bildirilib ki, aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb. 

Qeyd edək ki, 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsil alan şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də yerdəyişmə prosesi dayandırılacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO