Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimova hökm oxunub.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun "Whatsapp" proqramında bir neçə şəxslə qarşılıqlı şəkildə mesajlar yazdığını müəyyən edib.
Yaqut Həşimova iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.
Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalı götürüb müğənni yoldaşının baş nahiyəsindən 2 dəfə vurub. Daha sonra təqsirləndirilən şəxs rəfdə saxladığı, qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, qarın nahiyəsindən vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyələrdən zərbələr vurub.
Təqsirləndirilən şəxs otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb, ölümünü gözləyib və Yaqut Həşimova daxili və xarici qanaxma səbəbindən ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:42 / 03.04.2024
Bakıda müğənni arvadını öldürən şəxsə hökm oxundu – FOTO
Hazırda oxunan: Bakıda müğənni arvadını öldürən şəxsə hökm oxundu – FOTO
Hazırda oxunan: Bakıda müğənni arvadını öldürən şəxsə hökm oxundu – FOTO
185488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.