Buraxılış imtahanında daha bir şagird 300 bal TOPLAYIB 

Buraxılış imtahanında daha bir şagird 300 bal TOPLAYIB 

Hazırda oxunan: Buraxılış imtahanında daha bir şagird 300 bal TOPLAYIB 

185440

3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə görə respublika üzrə 14 nəfərdən ən yüksək nəticə göstərən şagirdlərdən biri də Gəncə şəhər M. Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi Hüseynova Pakizə Namil qızıdır. 

Həmin məktəbin direktoru Elnura Yusifovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, builki buraxılış imtahanlarında məktəbin 12 tələbəsi yüksək bal toplayaraq fərqlənmə diplomuna namizəd olublar. 

Onlardan Pakizə Hüseynova isə ən yüksək nəticə göstərib – 300 bal toplayıb: 

“Pakizə 9-cu sinif buraxılış imtahanlarında da yüksək nəticə göstərmişdi. Həmin vaxt o 297 bal toplamışdı. Ümidvarıq ki, yüksək bal toplayan şagirdlərimiz blok fənn imtahanlarında da yüksək nəticələrlə bizi sevindirəcəklər” deyə məktəbin direktoru əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO