Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Toğrul Aydın oğlu Hüseynov təyin olunub.
Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub.
Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.
Bundan əvvəl Toğrul Hüseynov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertiza şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:45 / 03.04.2024
Ədliyyə Nazirliyində yeni TƏYİNAT - FOTO
Hazırda oxunan: Ədliyyə Nazirliyində yeni TƏYİNAT - FOTO
Hazırda oxunan: Ədliyyə Nazirliyində yeni TƏYİNAT - FOTO
185399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.