Buraxılış imtahanında yüksək nəticə göstərən 14 məktəblidən 6-sı Şəki - Zaqatala bölgəsindəndir - FOTO

Buraxılış imtahanında yüksək nəticə göstərən 14 məktəblidən 6-sı Şəki - Zaqatala bölgəsindəndir - FOTO

Hazırda oxunan: Buraxılış imtahanında yüksək nəticə göstərən 14 məktəblidən 6-sı Şəki - Zaqatala bölgəsindəndir - FOTO

185373

Şəki - Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Regional Təhsil İdarəsindən məlumat verilib. 

Belə ki, martın 3-də keçirilən buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Zərifə İlyasova, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu və Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva, Qəbələnin Həmzəlli kənd orta məktəbin şagirdi Elşən Yusibov,  Nohurqışlaq kənd orta məktəbin şagirdi Səidə Rəhimova və Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbin şagirdi Lalə Xancanova 300 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub.
Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplana bilər.

Regional İdarənin rəhbərliyi yüksək nəticə göstərən abituriyentləri təbrik edib, bütün şagirdlərə uğurlar arzulayıb.












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO