Mərkəzi Elmi Kitabxanasına yeni direktor TƏYİN OLUNUB

Hazırda oxunan: Mərkəzi Elmi Kitabxanasına yeni direktor TƏYİN OLUNUB

185358

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib.

Bildirilib ki, Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub.
2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 2022-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışıb.

O, 9 aprel 2024-cü il tarixdə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edəcək.

Dosent AMEA Direktorlar Şurasının sədr müavini, AMEA-da Ekspedisiyaların təşkili üzrə komissiyanın üzvüdür. O, eyni zamanda, Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO