Bakıda iki narkokuryer tutuldu – FOTO/VİDEO 

Bakıda iki narkokuryer tutuldu – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda iki narkokuryer tutuldu – FOTO/VİDEO 

185340

Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. 

Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir. 
 







Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO