Ömrü qısaldan QATQILAR – “Zavod” çörəyini niyə bir gündən artıq saxlamaq OLMUR?  

Ömrü qısaldan QATQILAR – “Zavod” çörəyini niyə bir gündən artıq saxlamaq OLMUR?  

Hazırda oxunan: Ömrü qısaldan QATQILAR – “Zavod” çörəyini niyə bir gündən artıq saxlamaq OLMUR?  

185311

Azərbaycanda çörək əsas qida hesab olunur. Şəhər sakinləri əsasən ənənəvi zavod çörəyi istehlak edirlər. Hər gün alıb yeyilən çörəyin son istehsal tarixi bitməsə də, üzərində yazıldığı şəraitə uyğun saxlanılsa da strateji məhsulu bir gündən sonra yemək mümkün olmur. Çünki çörək tez bayatlaşır və içərisi yapışqan olur. Evdə sobada, təndirdə bişirilən çörəyi isə günlərlə saxlamaq və yemək mümkündür. Həmin çörəklərdə bayatlaşma, quruma, kiflənmə beş-altı gündən sonra başlayır.

Bu da zavod çörəklərinin hazırlanmasında müxtəlif qatqılardan istifadə olunduğunu göstərir. 

Maraqlıdır, çörəyin ömrünü azaldan qatqılar nələrdir və onların insan səhhətinə təsiri necədir?
 

MÖVZU İLƏ BAĞLI:

Müqəddəs nemətlə bağlı FİKİR AYRILIĞI – Çörəyi yeyək, ya YEMƏYƏK? 


“Nur” çörək zavodunun direktoru Söhrab Cabbarov Bizim.Media-ya açıqlamasında bildirib ki, çörəyin hazırlanmasında kimyəvi qatqıdan istifadə etmirlər:

“Bizim çörəkləri bir ay rahat saxlamaq olar, yapışqanlığın olması mümkün deyil, çünki acıtma texnologiyası ilə bişirilir. Çörək tam bişir və çörəklərimizdə ümumiyyətlə problem olmur. Nur çörəkləri təbii vasitələrlə hazırlanır və bunu gözlə də görmək mümkündür”.

Mövzu ilə bağlı qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə zavod çörəklərinin tərkibinə kimyəvi maddələr qatıldığını üçün az saxlamaq lazım olduğunu deyib: 

“Sənaye üsulu hazırlanan çörəklərdə çörəyin tərkibi un, maya, bitki yağı, duz, şəkər, sudan ibarət olduğu halda, həm kimyəvi mayalardan, həm də kimyəvi qatqı maddələrdən istifadə olunur. Buna görə də bəzən çörəklərin rəf ömrü uzun olsa da içində yapışqanlıq sezilir. Daha çox nəmişliyə, rütubətə məruz qaldıqda kifləndiyi görülür. Buna görə də çörəkləri mütləq üzərində yazılan istehsal və son istehsal tarixinə, həmçinin, xarici görünüşünə, məsamələrinə, iyinə, rənginə baxaraq istifadə etsinlər. Bəzən çörəyin son istifadə müddəti bitsə də, bəzi istehlakçılar onu qəbul edir ki, bu tamamilə yolverilməzdir. Çünki çörək üzərindən xarab olmuş kimi görünməsə də insan orqanizminə zərər verəcək. 

Kiflənmənin ilkin mərhələsi başlayıbsa, dadında dəyişiklik yoxdursa belə qəbul etmək olmaz. Evdə hazırlanan çörək uzun müddət qalsa da kiflənmir. Ona görə ki, tərkibi un və təbii mayadan ibarət olur. Heç bir əlavə konservant istifadə olunmadığı üçün orqanizm daha asan həzm edir və bir neçə gün qaldıqda da keyfiyyətini itirmir”.

Mütəxəssis hesab edir ki, ağ çörəklər orqanizm üçün daha zərərlidir:

“Ağ undan bişirilən çörəklər, bura zavod çörəkləri də aiddir, onların tərkibində qara çörəkdən daha çox kalori, karbohidrat var və eyni zamanda, tərkibində qlüten daha çoxdur. Belə olan halda həmin çörək daha gec həzm olunur və mədədə şişkinliyə, köpə səbəb olur. Xüsusilə də tərkibində qlütenin çox olması qlüten həssaslığı olan insanlarda daha ağır nəticələrə gətirib çıxarır. Yaxşı olar ki, ağ çörəkdən mümkün qədər az istifadə etsinlər. 

Ağ çörəyin həzmi gec olduğu üçün bağırsaqların da funksiyasını pozur, bağırsaq divarlarında iltihaba səbəb olur. Davamlı olaraq bu çörəklərdən istifadə edən insanlarda qəbizlik, həzm sisteminin pozulması baş verir. Bəzən də kalori miqdarına görə məhz qara çörəyə üz tutan insanlar var ki, bunlar da keyfiyyətli, mənşəyi bəlli olan yerdən çörək almalıdır.

Çörək miqdarından çox yeyilərsə, köhnəlmiş çörək qəbul olunarsa, yaxud da üzərində etiket məlumatları tam dolğun olmazsa bu zaman bir çox xəstəliklərə səbəb olar.

Birinci növbədə artıq qəbul olunan karbohidratlar enerjiyə çevrilə bilmədiyi üçün piylənməyə, köklüyə səbəb olur. Daha sonra mədə-bağırsaq sisteminin funksiyasının pozulmasına nədən olur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO