Əhalinin neçə faizi Azərbaycanın xarici siyasət kursunu uğurlu hesab edir? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi Azərbaycanın xarici siyasət kursunu uğurlu hesab edir? – SORĞU

185301

Ölkə əhalisinin 62,9%-i hazırkı xarici siyasət kursunu tamamilə uğurlu hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə  Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi Ermənistanın işğalı altındakı kəndlərin yaxın zamanda azad ediləcəyinə inanır? - SORĞU 


Məlumatda deyilir ki, dövlətin xarici siyasət kursu və xarici siyasət gündəliyində dayanan əsas məsələlər barədə vətəndaşların rəyini öyrənmək məqsədilə sorğu keçirib.

Sorğu nəticələri Azərbaycanın xarici siyasət kursunun ictimai rəydə uğurlu olduğunu göstərib. Belə ki, respondentlərin 62,9%-i hazırkı xarici siyasət kursunu tamamilə uğurlu, 28,1%-i qismən uğurlu olaraq dəyərləndirib. Cəmi 3,6% uğursuz hesab edib, 5,4%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda respondentlərin xarici siyasət gündəliyinin əsas istiqamətləri ilə bağlı rəylərini öyrənmək məqsədilə onlara sual ünvanlanıb və bir neçə cavab variantını seçmək imkanı verilib. Sorğuda iştirak edənlərin 70,1%-i xarici siyasət gündəliyində əsas istiqamətin Türk dövlətləri ilə münasibətlər olduğunu bildirib. Həmçinin respondentlərin 28,1%-i əsas istiqamətin Rusiya ilə münasibətlər olduğunu ifadə edib. Sorğu nəticələrinin ardıcıllığına görə, növbəti sıralarda Qərblə münasibətlər (19,0%), Ermənistanla münasibətlər (12,1%), Fransa ilə münasibətlər (10,8%) və digər cavablar (1,3%) yer alıb. Respondentlərin 8,1%-i bu barədə hər hansı məlumatının olmadığını bildirib, 4,9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Azərbaycanın son 20 il ərzində yürütdüyü xarici siyasətin ictimai rəydə yüksək faizlə dəstəklənməsi düzgün müəyyənləşdirilmiş xarici siyasət ölkənin beynəlxalq arenada mövqeyini gücləndirdiyini göstərir. Azərbaycan xarici siyasəti müstəqillik qazandığı gündən bu yana xüsusilə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra ən yüksək dövrünü yaşayır.

Azərbaycan beynəlxalq münasibətlər sisteminin ayrı-ayrı aktorları ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə fəal siyasət həyata keçirir. Bunun nəticəsidir ki, 19 ölkə ilə strateji tərəfdaşlıq və 3 ölkə ilə müttəfiqlik sazişi imzalanıb. Eyni zamanda qlobal və regional səviyyədə baş verən əməkdaşlıq, dialoq, sülh, təhlükəsizlik, rifahla bağlı proseslərə də ciddi töhfələr verməyə nail olub.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO