Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var

Hazırda oxunan: Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var

185299

Bu gün Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

Onun sözlərinə görə, bu rəqəm getdikcə artacaq:

“Əhalimiz işləməyə meyillidir. İşləyən pensiyaçıların qanunvericiliklə nəzərdə tutulan 6 illik stajından sonra hər il topladıqları kapital yenidən hesablanır və pensiyalarının üzərinə gəlir. Bu gün həmin proses müraciət üzərindən həyata keçirilir, lakin bununla bağlı elektron proqram da hazırlanır. Bu il üçün istifadəyə veriləcəyi düşünürəm. Bununla da müraciət elektron qaydada olacaq. Xatırladım ki, müraciət hüququndan il ərzində 10-12 min vətəndaş istifadə edir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO