Prezident avtomobil yolunun açılışında - FOTO - YENİLƏNDİ

Prezident avtomobil yolunun açılışında - FOTO - YENİLƏNDİ

Hazırda oxunan: Prezident avtomobil yolunun açılışında - FOTO - YENİLƏNDİ

18529

Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak etdi - YENİLƏNİB - FOTO/VİDEO


Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək.

Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.

Qeyd edək ki, ölkəmizdə yollar yeniləndikcə, kənd təsərrüfatı, turizm və digər sahələrdə də inkişaf baş verir, bölgələrdə iqtisadi canlanma müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO