“Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi başlayıb.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinə iki vəkili ilə birgə gəlib.
Prosesdə məlub olub ki, Ç.Mehdiyev rus dilində təhsil alıb. Amma özü Azərbaycan dilində başa düşdüyünü deyib, iclasın keçirilməsini istəyib.
Sədrlik edən hakim deyib ki, qanun buna icazə vermir. Hələ ki, tərcüməçinin iştirakı təmin edilmədiyi üçün hazırlıq iclası aprelin 3-ə kimi təxirə salınıb.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Bizim.Media