Yerindən duran “psixoloqam” DEYİR – Kimlərə ETİBAR edək? 

Yerindən duran “psixoloqam” DEYİR – Kimlərə ETİBAR edək? 

Hazırda oxunan: Yerindən duran “psixoloqam” DEYİR – Kimlərə ETİBAR edək? 

185162

Son zamanlar Azərbaycanda ali təhsili olmayan “psixoloq”ların sayı artıb. Onlar yüksək qiymətə seanslar təşkil edir, insanların həyatına yön verirlər. Özlərini sosial hesablarında və paylaşımlarında peşəkar və populyar “psixoloq“ kimi qələmə verən bu şəxslərin bir senslarının qiyməti “ceyran belinə” qalxıb. 

Güniş kütləyə özünü tanıtmağı bacarmış psixoloqların qəbulu 80 manatdan başlayıb 300 manata kimi artır.

Bəzi vətəndaşlar isə fantastik qiymətdə olan  bu seanslardan fayda görmədiklərini dilə gətirirlər. Bəs görəsən, bu psixoloqların cəmiyyətə zərərləri nədir? 
 

MÖVZU İLƏ BAĞLI:

“Cinayət xəbərlərini oxumaq insanlara zövq verir” – Psixoloqlardan ETİRAZ


Bizim.Media psixoloqların özlərinin elə bu mövzuda fikirlərini öyrənib. Psixoloq Ülviyyə Murtuzova fərqli fikirdədir:

“Psixoloqların sayı çoxdur, bahalı qiymətə seansları olanlar da az deyil. Amma psixoloq yanına gedən insan seansların qiymətini əvvəlcədən bilir. Vətəndaşa qiymət uyğun deyilsə, onu nə vadar edir ki, psixoloq yanına getsin?! İnsanlar psixoloq yanına gedib nəticə görmürlərsə, həmin mütəxəssisdən imtina etməlirdilər. Bəzən danışanda deyirlər ki, “10 seans getdim, nəticə olmadı”. Nəticə tam olaraq dördüncü və beşinci seansda olur. Məsələlərin həlli əsasən bu seanslarda müşahidə edilir. Həmin dönəmlərdə fayda görməyən insan sonradan da effektini görməyəcək. Hansısa istiqamətdə fəaliyyətin çox olması burada “peşəkarlar yoxdur” anlamına gəlmir”. 

Ülviyyə Murtuzova qeyd edib ki, özünün əziyyətinə və əməyinə güvənən, nəticəsi olan mütəxəssis seans qiymətlərini yüksək qoymağa məcburdur:

“Psixologiya insanın ruhuna, şüuruna dərmansız təsir edən terapiyadır. Psixoloqlar öz xəstələrində olan neqativ enerjini qəbul edirlər, potensialına güvənən psxiloqların seanslarının baha olması anlaşılandır”.

Psixoloq Samirə Bağırova hesab edir ki, psixoloji kurslar ləğv olunmalıdır:

"Psixoloji təhsili olmayanlara sertifikat satmaq, insanların gözündən pərdə asmaq üçün pul tələsidir. Ümumiyyətlə, psixoloji kurslar ləğv olunmalıdır. Buna isə Elm və Təhsil Nazirliyi nəzarət etməlidir. Psixoloji kursu adı çəkilən sahə üzrə mütəxəssis təyin edə bilər. Mütləq sertifikatda qeyd olunmalıdır ki, kursda iştirak edən psixoloq sahəsinə yararlıdır və imzası, möhürü olmalıdır ki, bu da o deməkdir ki, məsuliyyət daşıyır.

Yalnız ali təhsili olanlar psixoloji kursda iştirak edə bilərlər. Və yalnız psixologiyaya yaxın ixtisas üzrə bitirmiş şəxslər kursa yazıla bilər. Filologiya, pedoqoqika, həkim və s. Adam var, heç orta məktəb oxumayıb. Özünün ciddi psixoloji problemləri var, amma reklam üzərindən 1 aylıq kursa qoşulur, hətta online şəkildə dərs alır, sonra ofis götürüb sertifikat asır divara ki, psixoloqam.

Hazır izləmə sayı olan səhifə alır. Sosial şəbəkə üzərindən bir az da çıxış edir, vəssalam.

Müraciət edən insanların çoxu da, sahəsindən asılı olmayaraq mütəxəssis bildikləri şəxslərin sıra ilə düzülmüş sertifikatlarına aldanaraq, qurbana çevrilirlər. Yüksək qiymət də,ona görə təşkil edirlər ki, bizim millət "bahadırsa, yaxşıdır" ideyasına qulluq etdiyi üçün, araşdırmadan birbaşa müraciət edir. Müxtəlif sahədə çalışan illərin peşəkar uzmanların qəbulu təbii ki, 3-4 il çalışandan daha fərqli qiymətlərlə olacaq. 

Hələ 3-4 il öncə mərkəzə uşaq psixoloqu vakansiya elan edəndə, canlı iş müsahibəsində anladım ki, bir çox psixoloqların ümumiyyətlə psixoloji savadı yoxdur. Gündəmdə olan sindromları internet üzərindən əzbərləyirlər, vəssalam. Reklam üçün sadəcə diplom və “n“ sayda sertifikatları var. Hətta iş təcrübələri olan da var ki, bir az dərin sual versən, gözünü döyür".

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa isə məsələyə belə yanaşıb:

“Azca ritorikası, nitqi yaxşı olan bəzi insanlar düşünür ki, bunlar artıq psixoloqdur. Ciddi təhsil və reputasiyaya malik olan şəxslər bu sahə ilə məşğul olmalıdır. Çünki insan taleyi ilə bağlı aldadıcı istiqamət vermək yolverilməzdir. Bu mövzuya ciddi yanaşılmalıdır, işi bilənlər bu istiqamətə yönəlməlidir. Təhsil, təcrübə, yaş önəmli nüanslardır. Məsələn, ailə qurmayan insan ailə münasibətinə necə psixoloji tövsiyə verə bilər?”

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO