İlqar Məmmədov: “Tərtər işi mövzusunun uzanmasına imkan vermək olmaz”

İlqar Məmmədov: “Tərtər işi mövzusunun uzanmasına imkan vermək olmaz”

Hazırda oxunan: İlqar Məmmədov: “Tərtər işi mövzusunun uzanmasına imkan vermək olmaz”

18511

“Tərtər işi” məsələsi heç kimə fayda verəcək və irəli aparacaq məsələ deyil. Bunun üzərindən siyasət qurmaq da xoş deyil. Bu, elə bir mövzudur ki, uzandıqca, cəmiyyətin ruhu qırılır, orduya inamı, həvəsi və istəyi şübhə altına alınır”.

Bizim.Media xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə canlı yayımların birində “Tərtər işi” məsələsinə münasibət bildirərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər” işinin şahid polkovniki danışdı – “Qurban Məmmədovun dedikləri...” – VİDEO + ÖZƏL 


Onun sözlərinə görə, sözügedən cinayət işinə tezliklə son verilməlidir:

“Bildiyim qədər artıq 10-dan çox şəxs işgəncə vermə səbəbindən həbsdədir. Haqları pozulan insanların bəraətləri, haqları pozan şəxslərin isə cəzası sürətlənməlidir. Cəzaya layiq olan kimdir? Bunu məhkəmə müəyyən etməlidir. 

Bu iş uzandıqca, ölkənin həm idarəetməsinə, həm də Orduya xüsusi olaraq zərbə vurulur. Bu mövzunun uzanmasına imkan vermək olmaz." - deyə partiya sədri birldirib.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO