Dünənki yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Dünənki yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Dünənki yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI

185105

Martın 31-də saat 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya verilən məlumata görə, xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilənlərdən 5 nəfərin müalicəsi hazırda Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-dən Bakıdakı yanğınla bağlı AÇIQLAMA: 15 nəfər xəsarət alıb


Onların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Şöbədə 18 nəfərə ilkin tibbi yardım göstərilərək artıq ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar 16 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin hadisə yerinə cəlb olunmuş briqadaları tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 7 nəfər isə tibb müəssisəsinə birbaşa müraciət edib.

Bundan əlavə, 10 nəfərə isə təcili tibbi yardım briqadaları tərəfindən yerində tibbi yardım göstərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO