“Reuters” agentliyi Bakıdakı məcburi köçkünlərdən yazdı

“Reuters” agentliyi Bakıdakı məcburi köçkünlərdən yazdı

Hazırda oxunan: “Reuters” agentliyi Bakıdakı məcburi köçkünlərdən yazdı

1850

Bizim.Media xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətinə düşmüş, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olan azərbaycanlıların son günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra ərazilərin işğaldan azad edilməsi barədə fikirləri və təəssüratları yer alıb.

Bakıdakı məcbur köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Həsən Əhmədov Azərbaycan qoşunlarının Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhərini azad etməsi barədə xəbəri sevinclə qarşıladığını və onun sonuncu arzusu olan - 25 ildən çoxdur işğal altında olan ata-baba torpağına qayıtmaq arzusuna bir addım qaldığını bildirir:

“Doğma kəndimiz azad edildi. Ərazilərinn minalardan təmizləməsini və evlərimizi yenidən qurub geri qayıtmağımızı gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır".

Reportajda vurğulanıb ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin etnik ermənilər tərəfindən məskunlaşdırılıb.

Qeyd olunub ki, Bakıda sakinlər Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərin bir hissəsinin geri alındığından və hərbi qazanclardan danışırlar. Şəhərdə reklam lövhələrində və vitrinlərdəki plakatlarda birmənalı bir mesaj var: "Qarabağ Azərbaycandır. Qarabağ bizimdir".

Repotajda oğlunun dostunu döyüşlərdə itirdiyini vurğulayan mühasib Olqa İsmayılova "oğlanlarımız üçün ağrı hiss edirəm, lakin torpaqlarımızı geri almalıyıq" deyir.

İnşaat işçisi, 42 yaşlı Ramin Əliyev isə yaşına baxmayaraq, Səfərbərlik xidmətinə hərbi xidmətə çağırılmasını və hərbi xidmətdə olarkən qazandığı təcrübədən istifadə etməsini xahiş edən bir çox məktub göndərdiyini söyləyib:

"Mən vətənim uğrunda ölməyə hazıram. Qoy, uşaqlarım mənimlə fəxr etsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO