Baş Prokurorluq: Tanışını bıçaqlayan şəxsin istintaqı qeyri-obyektiv aparılmır

Baş Prokurorluq: Tanışını bıçaqlayan şəxsin istintaqı qeyri-obyektiv aparılmır

Hazırda oxunan: Baş Prokurorluq: Tanışını bıçaqlayan şəxsin istintaqı qeyri-obyektiv aparılmır

184899

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Elcan Beybudova tanışı Vüsal Mayılov tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, istintaqın əsassız uzadılması barədə məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vüsal Mayılov tərəfindən Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Binəqədi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prossual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılaraq təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ötən ilin noyabrın 29-da Vüsal Mayılova həmin məcəllənin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilib, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yenidən rayon məhkəməsinə müraciət olunub, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmayıb, eləcə də, həmin qərardan ibtidai araşdırmaya prosseual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayaraq rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bundan başqa, cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq cari il yanvar ayının 23-də Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilib.

“Bildiririk ki, cinayət işi üzrə müvafiq ekspertizaların təyini, hadisənin baş vermə səbəbləri və şəraitinin, mexanizminin dəqiq müəyyənləşdirilməsi istiqamətində çoxsaylı istintaq hərəkətlərin icra olunması, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıqların, dövlət orqanlarına sorğuların verilməsi, zərərçəkmiş tərəfin istintaq orqanının çağırışlarına vaxtında gəlməmələri ibtidai istintaq müddətinin uzanmasına səbəb olub. İstintaq zamanı həmçinin, Vüsal Mayılovun mübahisə zamanı ayağından bıçaq zərbəsi alması faktına görə cinayət işinin materiallarından cinayət işi ayrılaraq, hazırda istintaqı davam etdirilir. Bir daha sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirməmiş və yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”, - deyə məlumatda vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO