BİZİM TƏQVİM: 30 martda dünyada nələr olub?

BİZİM TƏQVİM: 30 martda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 30 martda dünyada nələr olub?

184756

XX əsrin əvvəllərində ermənipərəst bolşeviklərə arxalanan daşnak dəstələri Azərbaycanın paytaxtı Bakıda növbəti qırğına başlayıblar.  1918-ci il martın 30-da erməni quldurları Bakının azərbaycanlılar yaşayan məhəllələrinə basqın edərək silahsız əhaliyə divan tutublar. 

“Mart hadisələri” adı verilən o günlərdə minlərlə azərbaycanlı, o cümlədən xeyli qadın və uşaq şəhid edilib. Qətliamın qurbanları Dağüstü parkda-Çəmbərəkənd qəbirstanlığında, indiki Şəhidlər Xiyabanında dəfn olunub.

Bəs, martın 30-da dünyada daha hansı hadisələr baş verib?

1. 30 mart 1863-cü ildə ana-atası olmayan uşaqlara pulsuz internat məktəbi üçün Türkiyə təhsil sistemində ilk qeyri-hökumət təşkilatı olan Darüşşafaka yaradıldı.

2. 30 mart 1840-cı ildə  Antarktida qitəsi kəşf edilib. 

3. 30 mart 1842-ci il tarixində həkim Kroyford Lonq bir tələbənin boynundakı şişi  götürmək üçün apardığı əməliyyatda xəstəsini efir yağı ilə yatırdaraq tibb tarixində ilk dəfə olaraq narkoz (anesteziya) tətbiq edib.

4. 1856-cı ilin 30 martında Romanovlar  imperiyası, Osmanlı imperiyası, Birləşmiş Krallıq  və Fransa arasında Paris Müqaviləsi imzalanıb. Bu anlaşma ilə Krım müharibəsi sona çatıb.

5. 1867-ci ilin 30 martında Rusiya İmperiyası Alyaskanı 7,2 milyon dollara ABŞ hökumətinə satıb. Satılan ərazinin bir kvadratkilometrlik hissəsi 4,19 dollar məbləğində qiymətləndirilib. Alyaskanın alınmasından qısa müddət sonra – 1870-ci illərdə burada qızıl ehtiyatları aşkarlanıb. 1959-cu il yanvarın 3-də Alyaska ABŞ-ın 49-cu ştatı olub.

6. 1992-ci ilin bu günündə Azərbaycan  İraq ilə diplomatik əlaqələr qurub. İraq 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyıb.  

30 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Тürk dünyasının məşhur sərkərdələrindən biri Fateh Sultan Mehmet 1432-ci ilin bu günü dünyaya gəlib. İlk dəfə 13 yaşında hakimiyyətə gələn, bir müddət sonra devrilən və ikinci dəfə taxta çıxan Mehmet dövləti öz ağlı və iradsəilə idarə etməyə başlayıb. Hakimiyyətdə olduğu illərdə 2 imperatorluq, 4 krallıq, 6 prinslik, 4 əyalət, o cümlədən bütün Balkan yarımadasını tutaraq Osmanlı imperatorluğuna daxil edib. O, Qara dənizi türk dənizinə çevirib. “Fateh” ləqəbi olan Konstantinopolu - indiki İstanbulu ala bildiyinə görə verilib. Sultan Mehmet Fateh 49 yaşında (1481) dünyasını dəyişib. 

2. Böyük ispan rəssamı Fransisko Xose de Qoyya  1746-cı ilin bu günü dünyaya gəlib.

3. 1956-cı ilin bu günü Türkiyənin şair, yazıçı və hüquqşünası Mithat Camal Kuntay dünyasını dəyişib.

4. 30 mart 1946-cı ildə görkəmli alim-onkoloq, Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycanın və Rusiyanın Dağıstan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan, Rusiya və Gürcüstan Elmlər akademiyalarının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Cəmil Əliyev anadan olub.

5. 1945-ci ilin bu günündə Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın doğulub. O, "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib. Yaratdığı obrazlara görə Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO