Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” konsert zalında dəhşətli terror aktı baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatlarına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 143 nəfər həlak olub.
Sözügedən hadisə Rusiya ilə yanaşı qonşu ölkələrdə də təhlükəsizlik məsələsini gündəmə gətirib. Çünki Rusiya kimi güclü bir ölkənin paytaxtında bu cür genişmiqyaslı terror hücumunun baş verməsi bir daha göstərdi ki, heç kim belə hallardan sığortalanmayıb.
Üstəlik son dövrlərdə dünyada gedən geosiyasi proseslər, regionumuzda toqquşan maraqlar da təhlükəsizliklə bağlı təhdidlərin artmasına səbəb olub. Çünki bir çox böyük güclər öz məqsədlərinə çatmaq üçün terror qruplaşmalarından maşa kimi istifadə edirlər. Onların əli ilə hədəf seçdikləri ölkələrdə xaos və qorxu yaratmağa çalışırlar.
Onu da qeyd etməliyik ki, bu terror aktından sonra ölkəmizdə quru sərhədlərin bağlı qalması məsələsi yenidən gündəmə gəldi. Cəmiyyətin böyük bir kəsimi hesab edir ki, potensial təhdidləri minimuma endirmək üçün quru sərhədlərinin bağlı qalması mühüm önəm kəsb edir.
Mövzu ilə bağlı millət vəkilləri Bizim.Media ilə fikirlərini bölüşüblər.
“Quru sərhədləri bağlı saxlamaqla...”
Deputat Elman Məmmədov qeyd edib ki, əhalimizin, dövlətimizin, dövlətçiliyimizin təhlükəsizliyinin qorunması çox vacib məsələdir:
“Mən onu demək istəmirəm ki, biz yalnız quru sərhədlərini bağlı saxlamaqla bu terrorun qarşısını alacağıq. Xeyr, sadəcə fikrimin məğzi odur ki, bu da bir istiqamətdir.
Terrordan heç kim sığortalanmayıb. Biz müşahidə edirik ki, Azərbaycan əleyhinə çalışan erməni terror təşkilatlarının sayı çoxdur, bu təşkilatları öz ərazilərində saxlayan, qidalandıran, istiqamət verən dövlətlərin sayı isə az deyil. Bunların qarşısını almaq üçün biz bütün istiqamətlərdə ayıq-sayıq olmalıyıq. Bunların bir istiqaməti də elə quru sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasıdır”.
“Bu, milli-dövlət təhlükəsizlik məsələmizdir”
Millət vəkili Musa Qasımlı isə hesab edir ki, Azərbaycanın bütün ərazisində dövlət suverenliyini tam bərqərar etməsi çox ölkənin xoşuna gəlməyib:
“Onlar Azərbaycana müxtəlif vasitələrlə təzyiq etməyə çalışırlar. Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini pozmağa səy göstərirlər. Heç bir dövlət terrordan sığortlanmayıb. Moskvadakı terror əbəs deyil. Bizim quru sərhədlərimizin açıq olması çoxlu problemlər gətirə bilər. Bu, milli-dövlət təhlükəsizlik məsələmizdir. Vətəndaş küçəyə sərbəst şəkildə çıxmalıdır. Dövlət üçün birinci məsələ vətəndaşının təhlükəsiz yaşayışının təmin edilməsidir. Digər məsələlər təhlükəsizlikdən sonra gəlir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 28.03.2024
Moskvadakı hücumdan çıxarılacaq DƏRS – Quru sərhədlərin bağlı qalması niyə VACİBDİR?
Hazırda oxunan: Moskvadakı hücumdan çıxarılacaq DƏRS – Quru sərhədlərin bağlı qalması niyə VACİBDİR?
Hazırda oxunan: Moskvadakı hücumdan çıxarılacaq DƏRS – Quru sərhədlərin bağlı qalması niyə VACİBDİR?
184592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.