Dünyada doğum nisbətləri azalmağa davam edir. Bu barədə beynəlxalq alimlər qrupunun “MedicalXpress”də dərc olunan araşdırmalarında bildirilir. Proqnozlara görə, 2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisi azalacaq.
Bəs bunun mənfi və müsbət tərəfləri nədir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu barədə Bizim.Media-ya danışıb. O, qeyd edib ki, prosesin müsbət tərəfləri daha çoxdur:
“Yer kürəsində əhalinin artımı və azalması müəyyən periodlarla müşahidə olunub. Dönəm-dönəm fiziki inkişaf əqli inkişafı üstələyib, yaxud da əksi olub. Bir şeyi nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada aşırı insan artımı müşahidə edilir. İnsan artımı fauna və floranın sıxışdırılması hesabına reallaşdırılır. İnsan artımı dolayısı ilə qlobal iqlim dəyişikliyinə səbəb olan amillərdən biridir. Bu məsələnin faydası var, nəinki ziyanı. İndiki dövrdə bu cür tendensiya ürəkaçandır”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 29.03.2024
Doğum sayının azalması ilə bağlı QORXUNC STATİSTİKA – Bizi hansı fəsadlar GÖZLƏYİR?
Hazırda oxunan: Doğum sayının azalması ilə bağlı QORXUNC STATİSTİKA – Bizi hansı fəsadlar GÖZLƏYİR?
Hazırda oxunan: Doğum sayının azalması ilə bağlı QORXUNC STATİSTİKA – Bizi hansı fəsadlar GÖZLƏYİR?
184571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.